Qəzza rəhbərliyinin Daxili İşlər Nazirliyi mülki işlər üzrə rəhbəri Riyad Zeytuni 2008-2009-cu il müharibəsi zamanı əllərində olan arxiv sənədlərinin bombardman nəticəsində məhv edildiyini bildirib. (ensonhaber)
Zeytuni İsrail rejiminin də bu sənədlərin sürətini onlara vermədiyini əlavə edib. Zeytuni bu arxivlərin geri qaytarılması üçün Türkiyəyə də müraciət etdiklərini bildirib: “Arxiv sənədləri və ya doğum-ölüm haqda olan arxiv sənədləri bizim üçün çox önəmlidir. Çünki onlar bizim keçmişizi özündə əks etdirir, haradan gəldiyimizi, soyumuzu ortaya qoyur. Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğandan sənədləri, xüsusilə də Osmanlı zamanında siyahıya alınan adları, aktları, ölüm-doğum qeydlərini tələb edirik. Öz kökümüzü tapmağımız bu sənədlərdən asılıdır. Prezident Abdullah Güldən də bu qeydləri istəyirik. Çünki bu sənədlər hamısı Osmanlı arxivlərindədir. Bu arxiv sənədləri Fələstinə gəldiyi zaman bir işə yarıya bilər. Çünki bu sənədlər bizimlə bağlıdır”.