İraqın cənubunda yerləşən Bəsrə şəhərində baş vermiş üç partlayışda həlak olanların sayı 19 nəfərə çatıb.
APA-nın verdiyi xəbərə görə, partlayışlar şəhər bazarında baş verib. Yerli polisin nümayəndəsi bildirib ki, iki bomba eyni vaxt partlayıb. Hadisə yerinə hərbiçilər və polis əməkdaşları gəldiyi vaxt daha bir partlayıcı qurğu işə salınıb.
İraqın cənubunda bu cür terror aktları əsasən 2007-2008 illərə təsadüf edirdi. Lakin hələ də belə insidentlər baş verir.