İraq ilə Azərbaycan arasında əlaqələr günbəgün daha da inkişaf edir - səfir (MÜSAHİBƏ)
İraq ilə Azərbaycan arasında müştərək fəaliyyət neft-qaz sahəsində olacaq, çünki hər iki ölkə neft-qaz hasilatı və ixracı ilə məşğul olur. Bu barədə SalamNews-a müsahibəsində İraqın Azərbaycandakı səfiri Heydər Şiə Əl-Bərrak deyib.
Azərbaycan ilə İraq arasında mövcud olan münasibətlərin hazırki vəziyyəti necədir?
- Söhbətimizə başlamazdan əvvəl, sizi salamlayıram, burada görməyə şadam. İraq ilə Azərbaycan arasında olan əlaqələr olduqca parlaqdır və günbəgün daha da inkişaf edir, xüsusilə ə iqtisadi, siyasi və mədəni sahədə. Düşünürəm ki, bu əlaqələr getdikcə daha geniş sahələri əhatə edəcək.
- Ölkəmizin neft şirkətinin İraqa enerji sahəsində işlərə dəvət edilməsi barədə məlumatlar doğrudurmu?
- İraq ilə Azərbaycan arasında müştərək fəaliyyət neft-qaz sahəsində olacaq, çünki hər iki ölkə neft-qaz hasilatı və ixracı ilə məşğul olur. Təbii ki, bu sahədə iki ölkə arasındə fəaliyət normaldır, lakin bütün bunları həyata keçirmək üçün rəsmi razılaşmalar əldə olunmalıdır. İki dövlət arasında yaradılmış ortaq Nazirlər Şurası bu mövzu ətrafında danışıqlar aparacaq.
- Hər sahədə olduğu kimi, Azərbaycan-İraq münasibətləri siyasi arenada da inkişaf edir. Ölkələr arasında hökumətlərarası birgə komitənin iclasının keçirilməsi nə vaxta planlaşdırılır?
- 2010–cu ilin sonlarında Azərbaycan və İraq arasında əldə olunan anlaşma əsasında Azərbaycan-İraq Hökumətlərarası Komitəsi yaradılıb. Hər iki ölkə komitə başçılarını və üzvlərini artıq təyin edib. Bu yaxınlarda İraq parlamenti əldə olunan anlaşmanı təsdiqləyəcək və bundan sonra komitələr işə başlayacaq.
Bu arada noyabrın 26-dək Bakıda Azərbaycan-İraq Hökumətlərarası Komissiyasının iclası keçiriləcək. Azərbaycana gələn nümayəndə heyyəti Bakıda keçiriləcək telekommunikasiya və informasiya texnologiyalarına həsr olunmuş konfrasda iştirak edirlər. Səfər qeyri-rəsmi xarakterli olsa da, İraq rəsmiləri bir sıra ikitərəfli görüşlər keçirəcək, dövlətlər arasında qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələr aparacaqlar.
- Hazırda İraqda yerləşən hərbi koalisiya qüvvələri ilin sonunadək ölkənizi tərk edəcək və təhlükəsizliyə nəzarət yerli hökumətə həvalə olunacaq. Bu barədə nə deyə bilərsiniz?
- Təbii ki, bu, önəmli məsələdir. İraqın təhlükəsizlik qüvvələri artıq 7-8 ildir bu işi həyata keçirmək üçün hazırlıq keçirlər. Bu müddətə bizim təhlükəsizlik qüvvələrimiz çox yaxşı təcrübə əldə ediblər və onlar təhlükəsizliyi tam təmin etməyə hazırdırlar.
- Hələ Səddam Hüseyn hakimiyyəti dövründə İraq ərazisində “Mücahidin xalq” təşkilatı məskən salıb və qonşu ölkələrə ara-sıra hücumlar edirdilər. Məlumatlara görə, İraq hökuməti bu təşkilatı ərazilərindən çıxarmaq niyyətindədir. Bu, doğrudurmu?
- Siz doğru söylədiniz. Həqiqətən adı çəkilən “Mücahidin xalq” təşkilatı beynəlxalq aləmdə, ABŞ və Avropa İttifaqı ölkələri tərəfindən terror təşkilatı kimi tanınıb. “Mücahidin xalq” təşkilatı hələ Səddam Hüseyn hakimiyyəti zamanı xalqına qarşı çıxış edib və bir növ Səddam rejimnə dəstək verən təşkilat olub. Bundan əlavə, İraqın qəbul etdiyi yeni Konstitusiyanın 7 maddəsinə əsasən, İraq heç bir terror təşkilatını ərazisində qəbul edə bilməz. Eyni zamanda bu təşkilatın üzvlərini nə qaçqın, nə də sivil insan kimi qəbul edə bilmərik. Çünki İraq 2009–cu ilə qədər işğal altında olub. Bununla yanaşı, bu təşkilatı Qurtuluş hərəkatı kimi də qəbul edə bilmərik, çünki Cenevrə Konvensiyasına əsasən, qurtuluş hərəkatları yalnız ölkə daxilində fəaliyyət göstərə bilər. “Mücahidin xalq” təşkilat olaraq İraqla qonşu ölkələr arasında problemlər yaradır və bu da, öz növbəsində, qonşu dövlətlərin İraqın daxili işlərinə qarışmağa səbəb olur. Biz onları İrana da deportasiya edə bilmirik. Bununla bağlı, Bağdad mühacir qəbul edən ölkələrə müvafiq müraciət ünvanlayıb.
- Ölkəniz ərazisində yerləşən məsum imamların (ə.s) məqbərələrini ziyarət edən Azərbaycan vətəndaşları mütəmadi olaraq İraqa səfər edirlər. Bunu nəzərə alaraq, rəsmi Bakı və Bağdad arasında turizm sahisində hər-hansı danışıqlar aparılırmı?
- Turizm İraq və Azərbaycan arasında önəmli olan məsələlərdən biridir. Biz Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi ilə turizmin inkişafına dair mütəmadi danışıqlar aparırıq. Biz yalnız dini turizmlə məhdudlaşmaq istəmirik. Bizim niyyətimiz turizm sahəsini daha da genişləndirməkdən ibarətdir. Hazırda gedən danışıqların predmeti Bakı-Bağdad və Bakı-Nəcəf aviareyslərinin açılmasıdır.
- Müharibədən öncə İraqda “Mehracanu Babil” (Babil fesivalı) təşkil olunurdu. Hazırda bu tədbir keçirilirmi və əgər keçirilmirsə, bunu bərpa etmək niyyətiniz varmı?
- Həqiqətən, Babil festivalı İraq üçün mədəniyyətləri birləşdirən, təbliğ edən tədbir idi. Əfsuslar olsun ki, İraqda qurtuluş savaşı başladıqda Babildə hərbi qüvvələr yerləşdirildi. Lakin bizim niyyətimiz həmin fesyivalı bərpa etməkdir və niyyətimizdə də israrlıyıq. Sözsüz ki, ötən illərdə olduğu kimi, Azərbaycan bu festivala yenə də dəvət alacaq.