Azərbaycanın İordaniyadakı səfiri Elman Arasli noyabrın 24-də bu ölkənin səhiyyə naziri Abdullatif Vureykatla görüşüb.
Səfirlikdən APA-ya verilən məlumata görə, görüşdə Azərbaycanla İordaniya arasında səhiyyə sahəsində əməkdaşlığın mexanizmləri, sahədə mövcud ikitərəfli əlaqələrin perspektivlərinə dair fikir mübadiləsi aparılıb.