İmam Əli (ə) Siffeyn savaşından qayıdanda, Kufə yaxınlığındakı qəbristanlığa çatıb belə buyurdu:

«Ey vəhşətli, ot-ələfsiz, susuz yerdə, zülmət qəbrlərdə yatanlar! Ey torpaq əhli! Ey qəriblər! Ey tənhalar! Ey vəhşət içində olanlar! Siz bizdən irəli düşdünüz, tezliklə sizin arxanızca biz də gələcəyik. Bilin ki, siz öləndən sonra evlərinizdə başqaları sakin oldu, arvadlarınızı başqaları aldı, mal-dövlətinizi bölüşdürdülər. Bu, bizim bildiklərimizdir. Bəs, sizdə hansı xəbərlər var?».
Sonra İmam üzünü yanındakılara tutub buyurdu: «Əgər onların danışmaq icazəsi olsaydı, mütləq sizə deyərdilər ki, o biri dünya üçün ən yaxşı azüqə - təqvadır».