POPULYARXƏBƏRLƏR

Salamworld.com İdarə Heyəti sədrinin müavini: “Biz “Facebook”dan daha artığını təklif edəcəyik” – MÜSAHİBƏ

“Azərbaycan diqqətimizdən kənarda qalmayacaq”

“Salamworld” (“salamworld.com”) şirkəti İdarə Heyəti sədrinin müavini Aydarbek Xocanazarovun APA-ya müsahibəsi.

- Gələn ay internet aləmində ilk qlobal islam layihəsi adlandırılan salamworld.com saytının fəaliyyətə başlayacağı gözlənilir. İndi sizin layihənizi bəzilər hətta islam aləminin “Facebook”u da adlandırır. Bu layihənin təşəbbüskarlarından biri kimi onun məqsədi və hədəfləri barədə bizə qısa məlumat verə bilərsinizmi?

- Bizim layihəni bəzən “Facebook”la müqayisə etsələr də, biz yalnız sosial şəbəkə olmaq niyyətində deyilik. Təbii ki, biz həm də sosial ünsiyyət platforması olmaq əzmindəyik. Geniş anlamda isə qlobal müsəlman şəbəkəsi olmaq niyyətindəyik. İslam dəyərləri ilə bölüşən insanları bir araya gətirmək, ünsiyyətə zəmin hazırlamaq, müxəlif mədəniyyət təmsilçiləri arasında əlaqə qurmağa yardımçı olmaq istəyirik. Bu, qeyri-rəsmi və qeyri-hökümət təşəbbüsüdür və zənnimizcə, bunun təsiri dərin olmalıdır. Biz “Facebook”dan daha artığını təklif edəcəyik. İlk öncə ünsiyyət problemini aradan qaldırmağı hədəfləyirik. Misal üçün, Türkiyədəki hər hansı şəxs İndoneziyadakı tanışına məktub yazmaq istəyir. Amma onlardan heç biri ingilisçə bilmir. Bizim sayt türkcə yazılmış bir məktubu dərhal İndeoneziya dilinə tərcümə edib ünvanına çatdırlmasını təmin edəcək. Yaxud deyək ki, hər hansı bir müsəlman ziyarətçi istənilən Avropa şəhərində halal restoran, məscid və ya icma tapmaq istəsə, bunu rahatlıqla bizim sayt vasitəsilə edə biləcək. Saytımızdakı xüsusi xəritə xidməti buna imkan yaradır.

- Saytın hansı dillərdə fəaliyyət göstərməsi nəzərdə tutulur?

- Saytımız ilk mərhələdə 6 dildə, o cümlədən türk, ərəb, rus və ingiliscə fəaliyyət göstərəcək. Daha sonra dillərin sayını 9-a çıxarmaq fikirindəyik. Bundan başqa, artıq dediyim kimi, elektron tərcümə xidmətimiz ünsiyyət problemini aradan qaldıracaq. Ümid edirik ki, bizim təklif edəcəyimiz xidmətlər həqiqətən də qlobal platforma kimi çıxış etməyimizə imkan verəcək.

- Yəqin razılaşarsınız ki, bu cür qlobal internet layihələri müəyyən maliyyə də tələb edir. Bu məsələni necə yoluna qoymusunuz?

- Bizim təşəbbüsə artıq 15 ölkə cəlb edilib. Açığını etiraf edim ki, daha öncə bizə bir-iki sanballı təklif var idi və böyük pullar belə vəd edilmişdi, amma biz dar çərçivəli qrupdan asılı olmamaq üçün fərqli sxemə üstünlük verdik. Bizim səhmlər təqribən bərabər bölünüb və bir əldə 5 faizən artıq səhm olmamaq şərtilə səhmlər paylanılıb. Bu, özəl kommersiya qrupları və ayrı-ayrı fərdlərdir. Burada hökümətlər təmsil olunmur. Biz gəlir ummuruq və dotasiya əsasında işləmirik. Biz müstəqilik və beynəlmiləl, qlobal bir internet-layihə hədəfləyirik. Yaxın 3 il üçün büdcəmiz 50 milyon dollar təşkil edir. İdarə Heyətimiz kollektiv bir məşvərətçi orqandır. Belə bir sxem bizi bir nəfərdən asılı düşməkdən və “cib” layihəsi olmaqdan sığortalayır.

- Bütün bu fəaliyyət hardan idarə olunacaq?

- Mərkəz qismində İstanbulu seçmişik və bunun bir neçə səbəbi var. Zənnimizcə, İstanbul islam şəhərləri arasında informasiya-kommunikasiya texnologiyalarının inkişafı baxımından öndə gedən bir şəhərdir. Şəhər iki qitənin qovşağında qərar tutub. Bundan başqa, Türkiyə bir çox ölkələrlə vizasız gediş-gəliş rejiminə malikdir. Bütün qeyd olunan məqamlar İstanbulu bir mərkəz qismində seçməyimizi şərtləndirib.

- İnformasiya texnologiyaları sahəsində qlobal platforma yəqin ki, ciddi təhlükəsizlik tədbirlərini də zəruri edir. Mümkün rəqib və əlehdarlarınızın kiber hücumlarından sığortalanmısınızmı?

- Təbii ki, biz bu barədə düşünmüşük. Şirkətimiz çərçivəsində çox güclü informasiya-texnologiya bölməsi təsis edilib və burada öz işinin peşəkarlarını bir araya gətirdiyimizə inanırıq. Bizim büdcəmizin bir xeyli hissəsi də məhz informasiya-texnologiya sahəsinə yönəlir. Düşünürəm ki, bu sahədə etibarlı şəkildə müdafiə olunacağıq.

- Layihə çərçivəsində Azərbaycanla bağlı hansı fikirləriniz var?

- Azərbaycan bizim diqqətimizdən kənarda qalmayacaq. İdarə Heyətimizdə Azərbaycandan olan nümayəndəmiz də var - Elşad İsgəndərov. Heyətdə təmsil olunan hər bir ölkə nümayəndəsi kimi, Azərbaycanın da ümumi işə töhfə verəcəyinə şübhə etmirəm. Azərbaycan mühüm regionda yerləşir və burada dinamik dəyişikliklər baş verir.



Yerləşdirilib:23 Noyabr, 2011  14:13, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Sen.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
282930    
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com