BMT baş katibi Pan Gi Mun İsrail rejiminin qondarma baş naziri Binyamin Netanyahudan İsrail rejiminin Fələstin hakimiyyəti adından topladığı gömrük, vergi və bu kimi gəlirləri fələstinlilərə transfer edilməsini yenidən başlatmasını tələb edib. (dunyabulteni)
BMT sözçüsü Martin Nesirkinin verdiyi məlumata görə, Pan Gi Mun və Netanyahu telefonla danışıb.
Qeyd edək ki, İsrail rejimi Fələstinin YUNESKO-ya üzv olmasından sonra Qüds və Qərbi Şəriədə tikinti işlərini sürətləndirib və Fələstin hökuməti adından topladığı gəlirləri fələstinlilərə dövr etməyi dondurub.