Misirin Səhiyyə Nazirliyi Qahirənin Təhrir meydanında baş vermiş toqquşmalarda 31 nəfərin öldüyünü açıqlayıb.
SalamNews-un RİA ''Novosti''yə istinadən verdiyi xəbərə görə, nazirlik daha 70 nəfərin xəsarət aldığına bildirib.
Təhrir meydanına toplaşmış nümayişçilər hər zaman meydanda olan həkimlərə minnətdarlıqlarını bildiriblər və bunun qarşılığında həkimlərə bir yük maşını ağ qızıl gül hədiyyə olunub.
Hətta Silahlı Qüvvələr Ali Şurasının rəhbəri, marşal Hüseyn Tantavinin nümayişçilər qarşısında çıxışı meydana toplaşanları sakitləşdirməyib. Əhali hərbiçilərin kazarmalara qaytarılmasını, həmçinin, hakimiyyətin Prezident Şurasına verilməsini tələb edirlər.