Yəmən Prezidenti Abdulla Saleh bu gün hakimiyyətin təslim edilməsi üçün saziş imzalamağa hazırdır.
SalamNews "Reuters"ə istinadən xəbər verir ki, bu barədə yerli media bildirib. Yəmən hakimiyyəti və müxalifəti arasındakı danışıqların vasitəçisi Fərs körfəzinin ərəb dövlətləri əməkdaşlığı şurası (FKƏDƏŞ) olub.
FKƏDƏŞ-ın planına əsasən, bu sazişin imzalanmasından sonra müxalifət milli birlik hökumətinin formalaşması ilə məşğul olacaq. İki aydan sonra, ölkədə prezident seçkiləri baş tutmalıdır.