Türkiyə Prezidenti Abdulla Gül İranın nüvə proqramı üzrə "Altılıq" ölkələri ilə rəsmi Tehran arasında danışıqları bərpa etməyə çağırıb.
SalamNews-un "MehrNews"a istinadən verdiyi xəbərə görə, Abdulla Gül müsahibəsində "İranın nüvə proqramı məsələsinin həll edilməsinin həll regional, həm də qlobal miqyasda təhlükəsizliyin təmin edilməsi yolunda vacib addım" olduğunu bəyan edib.
Türkiyə prezidenti deyib: "İran ilə Qərb arasında dialoq bərpa olunmalı, həmçinin, səmimi və şəffaf şəraitdə keçirilməlidir".