Liviyanın yeni hökümətində vətəndaş müharibəsində iştirak etmiş qiyamçıların 2 komandiri yer alıb. Kabinetin tam siyahısını Liviyanın baş naziri Əbdül rəhim əl-Kib açıqlayıb.
SalamNews-un "RBK"ya istinadən verdiyi xəbərə görə, Misratdakı qoşunlara başçılıq etmiş Fəvzi Əbdeləl daxili işlər naziri təyin olunub. Müdafiə naziri vəzifəsi isə, əvvəlcədən gözlənildiyi kimi, Osama əl-Cuvəliyə tapşırılıb. O Seyf əl-İslamın ələ keçirildiyi Zintanda qiyamçılara rəhbərlik edib.
Bununla belə, xarici işlər naziri vəzifəsinə gözlənildiyi kimi ibrahim Dabbaşi deyil, Aşur bin Xəyal təyin olunub. ENI şirkətinin əməkdaşı Ben Yazzaya Neft naziri vəzifəsi tapşırılıb. Maliyyə naziri isə Həsən Ziqlam olacaq.