POPULYARXƏBƏRLƏR

Təhsil müəssisələrinə dini geyimdə gəlməyi birmənalı qadağan edən qanun müddəası necə qarşılanır?

Milli Məclisin müzakirəsinə verilmiş "Təhsil haqqında" qanunun "Təhsilin məzmununa və təşkilinə dair ümumi tələblər" adlı 11-ci maddəsinin 1.8-ci bəndinə görə, Azərbaycanın bütün təhsil müəssisələrinə təhsil alanların, təhsil verənlərin və digər işçilərin baş örtüyündə (hicab, çadra və s.) və digər dini geyimlərdə gəlmələrinə birmənalı qadağa qoyulur.

"Media forum" saytı cəmiyyətdə müxtəlif cür qarşılanan bu müddəaya millət vəkillərinin, politoloqların, jurnalistlərin, siyasətçilərin, ictimaiyyət nümayəndələrinin mövqeyini öyrənib.

Millət vəkili Azay Quliyev deyir ki, dinin dövlətdən ayrı olması fikri ilə razıdır: "Amma belə bir məqamı nəzərdən qaçırmaq olmaz ki, Azərbaycanda islama, digər dinlərə sitayiş edənlərin hüquq və azadlıqlarını qorumaq missiyasını da üzərimizə götürmüşük. Bununla bağlı konstitusiyamızın tələbi var".

Millət vəkilinin fikrincə, din-dövlət münasibətlərində bir ortaq məxrəc tapılmalıdır: "Müzakirəyə çıxarılmış təhsil qanunundakı maddə isə qəti olaraq hicabla, digər baş örtüyü ilə gəzən, ümumiyyətlə dini atributlar daşıyan insanların təhsil müəssisələrinə girişini qadağan edir. Onsuz da bu gün təhsil müəssisələrində buna bənzər qadağalar var. Ancaq bunun qanunvericiliklə təsbit olunması, əlbəttə ki, müəyyən normativ hallar yaratsa da, bir qrupun etirazını doğuracaq. Onlar bunu insan haqlarının pozulması sayacaqlarr".

A.Quliyev təklif edir ki, qanunda həmin qadağa açıq şəkildə yazılmasın: "Beynəlxalq hüquq normaları və xarici ölkələrin təcrübəsi var. Məsələn, Avropa ölkələrinin böyük əksəriyyətinin qanunlarında kimin hansısa paltardan istifadə edib-etməməsinə dair norma yoxdur. Bu məsələ öz həllini müəyyən tənzimləyici daxili qərarlar formasında tapır. Ona görə mən də deyirəm ki, qəbul etdiyimiz qərar həm beynəlxalq hüquq normaları çərçivəsində olmalı, həm də din-dövlət münasibətlərinin daha dəqiq nizamlanmasına yardım etməlidir".

Millət vəkili Əli Məsimlinin fikrincə, bu maddənin təhsil qanuna daxil edilməsi beynəlxalq standartlara uyğundur: "Əgər Azərbaycan öz qanunvericiliyini beynəlxalq standartlara uyğun olaraq təkmilləşdirirsə, həmin maddə də təhsil qanununa salınmalıdır. Bildiyiniz kimi, Türkiyədə də bu məsələ ətrafında uzun müddət müzakirə aparılıb. Orada bu qadağanın həm tərəfdarları, həm də əleyhdarları var".

Milli Məclisin insan haqları komissiyasının sədri Rəbiyyət Aslanova deyir ki, həmin maddədə təhsil müəssisələrinə hər hansı dini atributla girişin qadağan olunmasından söhbət gedir: "Bu, kifayət qədər düzgün mövqedir".

Xalq yazıçısı, millət vəkili Əkrəm Əylisli deyir ki, məscidlə məktəbə getməyi qarışdırmaq olmaz: "Mənim fikrimə görə, sovet təhsil sisteminin çox üstün cəhətləri vardı. İndi də həmin qaydalar yaşasa, yaxşı olar. Məktəbə kim hansı formada istəyir girməməlidir".

Ümid Partiyasının sədri, Milli Məclisin üzvü İqbal Ağazadənin sözlərinə görə, konstitusiyada vətəndaşların təhsil hüququ təsbit olunub: "Ona görə hesab edirəm ki, bu gün Azərbaycanda təhsil müəssisələrinə girişə belə qadağa qoyulması konstitusiyaya ziddir. Ümumiyyətlə, vətəndaşın geyiminə qadağa qoymaq düzgün deyil. Düzdür, konstitusiyada təhsilin dünyəviliyi haqqında da yazılıb. Amma geyim dünyəviliyi inkar etmir".

Böyük Quruluş Partiyasının başqanı, millət vəkili Fazil Qəzənfəroğlunun fikrincə, bu qadağa həm konstitusiyaya, həm də insan əxlaqına ziddir: "İnsanların geyimi onun təhsil almasına mane olmamalıdır. Azərbaycan cəmiyyətində çox qəribə bir adət yaranıb. Məsələn, hər cür geyinmək mümkündür, ancaq hicab geyinmək mümkün deyil. İnsan inancına görə müsəlmandır, niyə hicab geyinməsin? Buna qadağa qoymaq, insanı təhsil hüququndan məhrum etmək heç bir məntiqə sığmır".

F.Qəzənfəroğlu "Təhsil haqqında" qanun layihəsinin Milli Məclisdə müzakirəsi zamanı bu məsələyə çox kəskin mövqeyini açıqlayacağını deyir.

AMİP lideri Etibar Məmmədovun cavabı qısadır: "Bu maddənin qanun layihəsinə salınması insan hüquqlarına ziddir".

ADP sədri Sərdar Cəlaloğlunun fikrincə, bu maddə vətəndaşların təhsil hüququna və vicdan azadlığına toxunan məsələdir: "Heç bir qanun Azərbaycan Konstitusiyası ilə vətəndaşlara verilən hüquqları məhdudlaşdıra bilməz. Bu müddəa konstitusiyaya ziddir. O qəbul edildikdən sonra vətəndaşlar seçim qarşısında qalacaqlar ki, onlar örtüklü olsunlar, yoxsa təhsillərini davam etdirsinlər".

S.Cəlaloğlu bu maddəni qətiyyətlə pislədiyini bildirir: "Türkiyədə belə bir qanun var. Amma orada məsələ tamamilə başqadır. Orada çox irticaçı qüvvələr var ki, dövlətin strukturunu, cəmiyyəti dəyişdirmək istəyirlər. Ona görə də dövlət icbari yollarla bu məsələnin qarşısına almaq istəyir. Eyni zamanda Türkiyədə geyimlə bağlı konstitusiyada maddə var. O cür geyimlər ölkənin ana yasasına zidd olduğuna görə ayrıca qanun şəklində də qadağan edilir. Amma bizim konstitusiyamızda belə bir qadağa yoxdur. Vətəndaşın necə geyinməsinin Təhsil Nazirliyinə, məktəbə nə aiddiyatı ola bilər ki?!"

ADP sədri hesab edir ki, bu maddə qanun layihəsindən mütləq çıxarılmalıdır: "Güman edirəm ki, ölkə başçısı da buna öz münasibətini bildirəcək".

"Ayna" və "Zerkalo" qəzetlərinin baş redaktoru Elçin Şıxlının bu maddə ilə bağlı fikirləri ikilidir: "İnsan azadlıqlarını müdafiə edən bəzi təşkilatlar, dini qurumlar konsitutsiyaya əsaslanaraq bu maddənin düzgün olmadığını deyə bilər. Amma burada müəyyən məqamlar da var ki, onlara nəzər yetirmək olar. Tutaq ki, tələbənin başını bağlayıb məktəbə, universitetə gəlməsinə dözərəm, amma müəllimin başını bağlayıb tələbəyə, eləcə də mənim övladlarıma dərs deməsinə dözmərəm. Yenə də xatırladım ki, burada məsələyə baxış müxtəlifdir. Təsəvvür edin ki, buddistlər də, xristian xanımlar da öz geyimlərində məktəblərə, təhsil ocaqlarına gəlirlər. Onda görün hansı vəziyyət yarana bilər?"

Baş redaktor dini geyimlərə qarşı bu cür qadağaların qoyulmasına, məsələnin belə həllinə də razı deyil: "Təsir əks-təsirə bərabərdir. Həmişə nəyisə qadağan edirlərsə, ona maraq daha çox olur. Düşünürəm ki, bu məsələ digər sivil metodlarla həll olunmalıdır. Konkret halda, konkret şəkildə, konkret hadisənin qarşısı alınmalıdır. Ucdantutma başı bağlamaq olar, ya olmaz yoluyla getmək düz deyil".

21-ci əsr Təhsil Mərkəzinin rəhbəri Etibar Əliyev bu müddəanın qanun layihəsinə salınması ilə qəti razı olmadığını bildirib: "Təhsilin keyfiyyətinə heç cür təsir göstərməyən bir məqamdır. Nə üçün qeyri-ənənəvi geyimlərə – açıq-saçıq geyimlərə qadağa qoyulmur, bizim qədim ənənələrimizə, mentalitetimizdə əsas kimi götürülən qapalı geyimə qadağa qoyulur? Mən bunu tələbələrin hüquqlarının pozulması kimi qəbul edirəm".

"Yeni Nəsil" Jurnalistlər Birliyinin sədri Arif Əliyev də bu maddənin əleyhinə olduğunu bildirir və əlavə edir ki, bir qrup ziyalının imzaladığı bəyanata o da qoşulub və bununla öz münasibətini açıqlayıb: "Hesab edirəm ki, vətəndaşların dini mənsubiyyətinə aid olan əlamətlərdən imtina eləməyə məcburiyyət düzgün deyil. Onsuz da bu məsələ qıcıq doğuran, həm də taleyüklü bir məsələ deyil ki, iki ayağımızı bir başmağa dirəyib bunun ya qəbul edilməsinə, ya da qəbul edilməməsində israrlı olaq. Hər hansı bir xanımın başı örtülü, yaxud başıaçıq dərsdə əyləşməsində ciddi problem görmürəm".

"Azərbaycan Naminə" İctimai Forumun prezidenti Eldar Namazov da bu maddə ilə bağlı bir qrup ziyalının imzaladığı bəyanata qoşulduğunu və bununla da münasibətini bildirdiyini deyir: "Dünən buna etiraz əlaməti olan bəyanata imza atdım. Bu maddəyə qəti etiraz edirik".



Yerləşdirilib:27 Dekabr, 2007  09:35, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Sen.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
282930    
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com