Çərşənbə axşamı ABŞ prezidentliyinə respublikaçı namizədlər İran, Suriya və Pakistan ilə bağlı Barak Obama administrasiyasının xarici siyasətini kəskin şəkildə tənqid ediblər.
SalamNews İTAR TASS-a istinadən xəbər verir ki, Vaşınqtonda növbəti seçkiqabağı debatlarda əsas mövzü milli təhlükəsizlik olub. Debatda "prezident yarışmasına” başçılıq edən Nümayəndələr Palatasının sabiq spikeri Nyut Qinqriç və Masaçuset ştatının keçmiş qubernatoru Mitt Romni, Texas ştatının qubernatoru Rik Perri, qaradərili biznesmen və radioşərhçi Herman Keyn, Nümayəndələr Palatasının üzvü Mişul Bakman, Pensilvaniyanı təmsil edən keçmiş senator Rik Santorum, konqresmen və Yutan ştatının keçmiş qubernatoru Ron Pol, Çində ABŞ-ın səfiri işləmiş Con Hantsmen iştirak ediblər.
Namizədləri xüsusilə Obamanın İrana və Suriyaya qarşı “qərarsız” olması daha çox narahat edib. R.Perri deyib ki, əgər İranın Mərkəzi Bankına qarşı sanksiyalar tətbiq olunsa, onda, bu, onların bütün iqtisadiyyatını tamamilə dayandıracaq. Obama bu addıma əl atmaq istəmir. Bu, bir daha ona nümunədir ki, ABŞ prezidenti tərəfindən liderlik yoxdur. Bu, onu göstərir ki, Amerika İrana qarşı ciddi yanaşmır.
N.Qinqriçin sözlərinə görə, əgər ABŞ müttəfiqləri ilə birlikdə bu planı müzakirə etsəydi və həyata keçirilməsi üçün düzgün mövqe seçsəydi İranı il ərzində məhv edə bilərdi. Bu strateqiyanın əsas elementi Tehrana yanacaq təchizatını dayandırmaqdır və İran neft emalı zavodlarını sıradan çıxarmaqdır. Bu, nəticədə rejimin dəyişdirilməsinə gətirib çıxaracaq və İran nüvə iddiasından əl çəkəcək.
C.Hantsmen bildirib ki, İrana qarşı sanksiyalar baş tutmayacaq. Ona görə ki, Çin və Rusiya bu oyunda olmayacaqlar.