İran parlamentinin milli təhlükəsizlik və xarici siyasət komissiyaysının sədri Əlaəddin Brucerdi İran və Böyük Britaniya arasında münasibətlərin səviyyəsinin endirilməsinə dair layihə təqdim edib.
SalamNews IribNews-a istinadən xəbər verir ki, onun sözlərinə görə, müvafiq layihə yaxın zamanda ölkənin parlamentində müzakirəyə çıxarılacaq.
Brucerdi bildirib ki, “Böyük Britaniyanın İran hökuməti və xalqına qarşı mövqeyini nəzərə alaraq, İranın Böyük Britaniya ilə əlaqələri müvəqqəti işlər vəkili səviyyəsinə endiriləcək”.
İran parlament üzvləri ümüd edirlər ki, müvafiq layihə İran Məclisində təsdiqlənəcək.