Bütün Qafqazın şeyxi jurnalistlərə verdiyi müsahibəsində gürcü patriarxını təbrik edib və Gürcüstan xalqının birliyi naminə ona uğurlar arzulayıb
Gürcüstanın dini lideri 2-ci İlyanın patriarxlığının 30 illiyi münasibəti ilə təşkil edilən mərasimlərdə bütün Qafqazın şeyxi Hacı Allahşükür Paşazadə də iştirak edib. Şeyx əvvəlcə patriarxlığın binasında din xadimlərinin qatıldığı tədbirdə Qafqaz Müsəlmanlarının Gürcüstan patriarxına təbrikini çatdırıb. Bütün Qafqazın şeyxi 2-ci İlyaya patriarxlığının 30 illiyi münasibəti ilə xalça hədiyyə edib.
Qeyd edək ki, mərasimdə patriarxa Gürcüstan iş adamları tərəfindən at da hədiyyə verilib. Bütün Qafqazın şeyxi jurnalistlərə verdiyi müsahibəsində də gürcü patriarxını təbrik edib və Gürcüstan xalqının birliyi naminə ona uğurlar arzulayıb.