Azərbaycan və İsrail İKT sahəsində beynəlxalq layihələrdə əməkdaşlıq perspektivlərini müzakirə edir. «APA-ECONOMICS»in məlumatına görə, bu barədə Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib
«Hazırda Azərbaycanda səfərdə olan İsrailin telekommunikasiya naziri Moşe Kahlonla keçirdiyim görüş zamanı biz Azərbaycan-İsrail münasibətlərində İKT-nin rolu, kosmik texnologiyalarda və bir neçə beynəlxalq layihələrdə əməkdaşlıq perspektivlərini müzakirə etdik», - deyə Ə.Abbasov bildirib.
Nazir onu da qeyd edib ki, noyabrın 23-də Bakıda keçiriləcək XVII Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları sərgi-konfransında (BakuTel-2011) İsrail tərəfi də öz məhsul və xidmətlərini təqdim edəcək.