İranın şərqində zəlzələ baş verib. İran Universitetinin nəzdindəki Geofizika İnstitutunun seysmoloji xidmətinin məlumatına görə, Rixter cədvəli ilə 4,9 bal gücündə yeraltı təkanlar Cənubi Xorasan vilayətinin Doroh şəhərində qeydə alınıb.
"İRNA" xəbər agentliyinin verdiyi məlumata görə, zəlzələ nəticəsində dağıntı, yaxud insan tələfatı olmayıb. /ans press/