POPULYARXƏBƏRLƏR

Təhsil müəssisələrində hicabın qadağan olunması Parlamentdə fikir ayrılığına səbəb olub

Azərbaycanın "Təhsil haqqında" yeni qanun layihəsində ölkənin bütün təhsil müəssisələrində dini geyimlərə qadağa qoyulması deputatlar arasında fikir ayrılığı yaradıb. "Təhsil müəssisələrində dini geyimlərə, xüsusən də hicaba qadağa qoyulması gələcəkdə ciddi problemlər yaradacaq" - deyə Milli Məclisin Elm və təhsil komissiyasının çərşənbə günü keçirilən iclasında "Təhsil haqqında" yeni qanun layihəsinin müzakirəsi zamanı Bakı Dövlət Universitetinin rektoru, millət vəkili Abel Məhərrəmov bildirib.

Azərbaycanın hazırda qüvvədə olan təhsil qanunu 1992-ci ildə qəbul olunub. 1995-ci ildən Parlament təhsil haqqında yeni qanun layihəsi hazırlamağa balşayıb, lakin 12 il ərzində yeni qanun qəbul edilməyib.

"Təhsil haqqında" yeni qanun layihəsinin 11.1.8-ci maddəsində qeyd olunub ki, Azərbaycanın bütün təhsil müəssisələrində müəllim, şagird, tələbə və digər işçilərin baş örtüyündə (hicab, çadra və s) və digər dini geyimlərdə dərsdə iştirak etməsi qadağandır.

Məhərrəmov bildirib ki, dini geyimlərlə bağlı məsələdə qanun layihəsində ciddi ziddiyyətlər var: "Qanun layihəsinin 5.2-ci maddəsində yazılıb ki, dövlət cinsindən, irqindən, dərisinin rəngindən, dilindən, dinindən, siyasi əqidəsindən, milliyyətindən asılı olmayaraq, hər bir vətəndaşa təhsil almaq imkanı yaradılmasına və ayrıseçkiliyə yol verilməməsinə təminat verir. 11.1.8-ci maddədə yazılıb ki, dini geyimlərdən istifadə edənlər isə təhsil müəssisələrinə buraxılmayacaqlar".

Milli Məclisin Elm və təhsil məsələləri daimi komissiyasının sədr müavini, millət vəkili Bəxtiyar Əliyev bildirib ki, qanun layihəsində dini təhsil müəssisələri istisna olmaqla, təhsil müəssisələrində dini geyimlərə qadağa qoyulacaq: "Təhsil müəssisələrində bərabərliyi qorumaq və ayrıseçkiliyə yol verməmək üçün dini atributllar və geyimlərdən istifadə olunması məqbul deyil".

Millət vəkili hesab edir ki, Azərbaycanın təhsil müəssisələrində dini geyimlə bağlı problem yoxdur. Ona görə də bu məsələnin qanun layihəsinə daxil edilməsi heç bir problem yaratmayacaq. Çünki cəmiyyətdəki reallıqlar nəzərə alınıb: "Təhsil müəssisələrində dini geyimlərin qadağan edilməsinin din və vicdan azadlığına adiyyatı yoxdur və Konstitusiyaya tam uyğundur".

Deputat Astan Şahverdiyev isə hesab edir ki, qanun layihəsinin təhsil müəssisələrində dini geyimlərə qadağa qoyulması ilə bağlı maddəsini daha da sərtləşdirmək lazımdır: "Qanun layihəsi çox düzgün olaraq təhsil müəssisələrində dini geyimlərdən istifadə olunmasını qadağan edir. Bununla bağlı maddəni daha da sərtləşdirmək və yazmaq lazımdır ki, dini atributlar və geyimlər qəti qadağandır".

Dini təşkilatlar və dindarların hüquqlarını müdafiə edən təşkilatlar isə hesab edirlər ki, təhsil müəssisələrində dini geyimlərin qadağan olunması insan hüquqlarına ziddir.



Yerləşdirilib:27 Dekabr, 2007  09:32, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Sen.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
282930    
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com