İran Kosmik Sputnik Mərkəzi tikdirmək niyyətindədir.
SalamNews-un "MehrNews"yə istinadən verdiyi xəbərə görə, bu barədə İran Kosmik Agentliyinin rəhbəri Həmid Fəzeli bəyan edib.
Onun sözlərinə görə, mərkəz İranın Müdafiə Nazirliyi ilə birgə tikiləcək. Kosmik sputnik mərkəzinin Hind okeanına yaxın ərazidə yerləşən və əhalinin daha az məskunlaşdığı cənub-şərq bölgəsində yerləşəcəyi bildirilir.