Türkiyənin Baş naziri Rəcəb Tayyip Ərdoğan, Krımda məhkəmə qərarlarına baxmayaraq tikintisinə əngəl törədilən Cümə məscidinin müdafiəsinə qalxıb.
SalamNews-un "Axşam"a istinadla verdiyi xəbərə görə, Türkiyə Ukraynanın Krım Muxtar Respublikasındakı soydaşların "Cümə Məscidi" və "mənzil" mövzusunda yaşadığı çətinliklərin aradan qaldırmaq üçün müdaxilə edib. Simferopolda Cümə məscidinin inşası üçün Baş nazir Rəcəb Tayyib Ərdoğanın təlimatıyla Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi Başkanlığı (TİKA) işə başlayıb.
Babaları Krımdan köçən CHP-nin Eskişehirdən olan millət vəkili Kazım Kurt, Krımda illərdir sürən bu problemi Türkiyə Böyük Millət Məclisinin (TBMM) iclasında gündəmə gətirib. Baş nazir müavini Bəkir Bozdağ isə bu problemin aradan qaldırılması üçün görülən işlər haqqında bunları söyləyib: "Hörmətli cənab Cemiloğlu (Krım türklərinin lideri və millət vəkili Mustafa Cemiloğlu - SalamNews) gəldi və görüşdük. Hörmətli Baş nazirimiz təlimat verib. TİKA indi bunun üzərində çalışır. Nə lazımdırsa ediləcək".