Suriya hakimiyyəti Ərəb Dövlətləri Liqası (ƏDL) ilə böhrandan çıxış planı barədə razılığa gələ bilməyib. Təşkilat, ölkəyə beynəlxalq müşahidəçilərin buraxılmasını tələb edir və Suriyanı iqtisadi sanksiyalarla təhdid edir. Bu barədə SalamNews “Vesti”yə istinadən xəbər verir.
Lakin Dəməşq bəyan edib ki, Liqanın tələbi ölkənin suverenliyini təhlükə altına qoyur. Suriyada xarici müdaxilə əleyhinə izdihamlı mitinq keçirilib.
Etirazçıların əllərində müttəfiqlərin – Rusiya, İran, Çin və Livanın “Hizballah” hərəkatının bayraqları olub. Livandan əlavə İraq və Yəmən də bu ölkənin yeni dostları hesab olunur. Digər ərəb ölkələri isə Suriyanın ƏDL-dən kənarlaşdırılmasına səs veriblər.