İordaniya kralı II Abdulla bu gün İordan çayının Qərb sahilinə səfər edərək Fələstin Milli Muxtariyyətinin (FMM) baçısı Mahmud Abbasla görüş keçirəcək. Bu barədə SalamNews “Rosbalt”a istinadən xəbər verir.
Tərəflər regiondakı vəziyyəti müzakirə edəcəklər. Bundan əlavə, Abdulla Fələstinin BMT-yə üzv olması barədə də FMM başçısı ilə fikir mübadiləsi aparacaq.
Xatırladaq ki, ABŞ Fələstinin BMT-yə üzvlüyü məsələsinin səsverməyə çıxarılacağı təqdirdə veto hüququndan istifadə edəcəyini bildirib.
Noyabrın 12-də isə Mahmud Abbas fələstinlilərin BMT-yə üzv olmaq inadından əl çəkməyəcəklərini bəyan edib.
Onun sözlərinə görə, Fələstin İsrail ilə danışıqlara yenidən qayıtmağa hazırdı.