Suriyanın Humus şəhəri yaxınlığında Türk hacı karvanına hücum təşkil edilib.
SalamNews-un Türkiyə mətbuatına istinadla verdiyi xəbərə görə, Həcc ziyarətlərinin sona çatmasıyla əlaqədar Türkiyəyə dönən hacılar, Suriyada silahlı hücuma məruz qalıb.
Suriyadakı nəzarət-buraxılış məntəqəsindəki yoxlanış zamanı əvvəl sözlə təhqir edilən hacılar, digər nəzarət məntəqəsində hücuma məruz qalıb.
Hadisənin səhv yola daxil olan sürücünün nəzarət məntəqəsində istiqamət soruşmasından sonra yarandığı xəbər verilir.
Hücumda Hacı Emin Doğan və sürücüsü Hacı Özat yaralanıb. Yaralılar Antakya Dövlət Xəstəxanasına aparılıb.
Türk hacıların Hatay Cilvegözü sərhəd məntəqəsində gözlədildikləri bildirilir.