Suriyanın paytaxtı Dəməşqdə "Sunday Times" qəzetinə müsahibə verən Bəşər Əsad, Türkiyəyə ismarıc göndərib.
SalamNews-un "Anadolu" agentliyinə istinadla verdiyi xəbərə görə, Suriya lideri Əsad, "Hərbi müdaxilə ilə bağlı dedi-qodular reallaşarsa döyüşüb ölməyə hazırsınızmı" sualına belə cavab verib: "Əlbəttə, heç söyləməyə ehtiyac yoxdur, mütləq elə olacaq".
Xaricdən gələn hücumun Yaxın Şərqdə zəlzələ yaradacağını da söyləyən Əsəd deyib: "Sizə zəmanət verirəm ki, Suriya diz çökməyəcək və təzyiqə müqavimət göstərməyə davam edəcək".
Suriya prezidenti Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın, Suriyada yaşanan hadisələrlə bağlı dediyi "Məzlumun qanı üzərində gələcəyi qurmaq olmaz, əks halda tarixdə qanla qidalanan liderlər olaraq yadda qalarlar. Sən də Əsəd, indi o səhifəni açmağa doğru gedirsən" sözlərinə də cavab verib: "Biz dövlət olaraq, vətəndaşlarımıza qarşı amansız siyasət aparmırıq. Əhəmiyyətli olan günahkarları tapmaq və onları işlədikləri cinayətlərə görə cəzalandırmaqdır".