Misirin paytaxtı Qahirənin Təhrir meydanında bazar günü baş verən toqquşmalarda ölənlərin sayı 13-ə çatıb
APA-nın beynəlxalq xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, bunu Misir Səhiyyə Nazirliyi açıqlayıb. Ümumilikdə şənbə və bazar günləri 15 nəfər ölüb. Yaralıların sayı 2 minə yaxındır.
Qeyd edək ki, hərbi rejimin hakimiyyəti seçki yolu ilə mülki rəhbərliyə təhvil verməsini tələb edən nümayişçilər 2 gün Təhrir meydanında qalıblar.