POPULYARXƏBƏRLƏR

Tezliklə “İslami Facebook”- SalamWorld.com internet saytı fəaliyyətə başlayacaq.

İslam İnterneti fəth edir.
Saytın mərkəzi İstanbul ofisindən İslam.az a verilən məlumata görə, 2011- ci ilin dekabr ayında İnternet aləmində ilk qlobal islam layihəsi - SalamWorld.com adlı yeni sosial şəbəkənin sınaq buraxılışı həyata keciriləcəkdir.

      Tezliklə “İslami Facebook”- SalamWorld.com internet saytı fəaliyyətə başlayacaq.
Layihə təşəbbüskarlarının və saytın yaradıcı heyətinin sozlərinə görə, SalamWorld.com (dünyaya sülh) şəbəkəsi bütün dünyadakı müsəlmanlara bir-birilərini daha yaxşı tanımağa, işgüzar, şəxsi və qardaşlıq əlaqələri qurmağa yardım edəcəkdir.
Yaradıcı heyətin əsəs məqsədi sosial şəbəkələrin və mikrobloqların artdığı bir zamanda müsəlman cəmiyyətlərinin tələblərinə cavab verən virtual resursun, dünyada islam mədəniyyəti və ənənələri barəsində düzgün təsəvvürlərin formalaşmasına imkan verən universal kommunikasiya kanalının yaradılmasıdır.
Saytın əsas qayəsi olaraq “siyasətsiz, haramsiz, sərhədsiz” şüarı altında islami və insani dəyərlərin qorunması elan olunmuşdur.
Yeni saytın artıq Misirdə təqdimat mərasimi keçirilmişdir, 2012- ci ilin aprelində isə İstanbulda rəsmi, təntənəli açılışı nəzərdə tutulmuşdur.
“Salamworld”-un İstanbul ofisindən verilən məlumata görə, bu yaxınlarda saytın Bakı şəhərində də təqdimatının keçirilməsi planlaşdırılır.
Geniş miqyaslı layihə
Layihə özunun coxdilli strukturuna görə unikaldır, belə ki, o demək olar ki, müsəlmanların yaşadığı bütün coğrafiyanı əhatə edir.
SalamWorld.com –un yaradılması və işə salınmasında 11 ölkədən olan heyət iştirak edir.
Saytın mərkəzi ofisi İstanbulda yerləşəcək, texniki işlər isə dünyanın texnoloji nəhəngləri Accenture, Microsoft, Oracle, Dell, Motorola və digərlərinin də cəmləşdiyi XXI –ci əsrin “hind möcüzəsi” olan L&T Infocity proqram-texnoloji park “Haytek-Siti”nin yerləşdiyi Hindistanın Haydarabad vilayətində yerləşən serverdən idarə olunacaq.
Qahirə, Moskva, London, Dubay, Məkkə, Mədinə, Astana, Nyu-York, Paris, Kuala-Lumpur kimi şəhərlərdə SalamWorld.com –un müxbir məntəqələri təşkil olunacaq.
Artıq təşkilatçılar ilə İtaliya, İsveçrə, Fransa, Finlandiya, Türkiyə, Qazaxstan, Misir, Səudiyyə Ərəbistanı, ABŞ, və Böyük Britaniya kimi ölkələr arasında birgə əməkdaşlıq haqqında razılaşma sənədi imzalanmışdır. Gələcəkdə layihənin coğrafiyasının genişlənməsi nəzərdə tutulmuşdur.
İlk mərhələdə sayt türk, ərəb, fars, rus, ingilis, fransız dillərində fəaliyyət göstərəcək, daha sonra saytın istifadə dilləri artırılacaq, bura azərbaycan, qazax, özbək, malay, urdu, çin, benqal, puştu və digər dillər də əlavə olunacaq.
İslam dünyasının Facebook u.
SalamWorld.com- da xəbər bölməsi ilə yanaşı sosial şəbəkə, müxtəlif dillərdə elektron kitabxana, on-line təhsil, on-line fətva, on-line İslam ensiklopediyası, on-line seminarlar, on-line oyunlar, videolar, həcc və ümrə bələdçisi, oyun formatında tədris proqramları, uşaqlar üçün bölmə və bir çox digər bölmələr də fəaliyyət göstərəcək.
Sayt hələ rəsmi şəkildə işə düşməsə də, artıq bu gün 100 mindən artıq insan, onların elektron ünvanlarının gələcəkdə saytın xəbər paylaşma siyahısına salınması xahişi ilə müraciət etmişdir. Saytın rəhbərliyi 3 il ərzində istifadəçilərinin sayının 100 milyon nəfərə qədər artırılması ilə bağlı arzularını bildirmişlər.
Diqqətəlayiq cəhət odur ki,saytın baş redaktorluğu Azərbaycan nümayəndəsi, məhşur Quran tərcüməçisi, islamşünas Elmir Quliyevə həvalə olunmuşdur.
Saytın planlaşdırılan auditoriyası- müsəlman gəncliyi, islam aləminin intellektual liderləri və iş adamları olacaqdır. Eyni zamanda yaradılacaq yeni internet-portal təkcə müsəlmanlar üçün deyil, həmçinin İslam dini haqqında öz dünya¬görü¬şünu genişləndirmək istəyən hər bir kəs üçün açıq olacaq.
Sosial resursu vaxtında işə salmaq məqsədilə yaradıcı heyət layihə üzərində aktiv iş aparır. Bu müsəlmanlara islam etik normaları çərçivəsində qalmaqla sosial şəbəkələrin üstün cəhətlərindən yararlanmaq imkanı verəcək.
Bu internet – layihə İslam dünyasının Facbook u olmağı hədəfləyir.



Yerləşdirilib:21 Noyabr, 2011  13:57, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Okt.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
   1234
567891011
12131415161718
19202122232425
262728293031 
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com