Rusiya dünyada iqtisadi çətinliklərin aradan qaldırılmasında Avropanın səylərini alqışlayır və praktik kömək etməyə hazırdır.
SalamNews RİA “Novosti”ə istinadən xəbər verir ki, bu barədə Baş nazir Vladimir Putin bu gün fransalı həmkarı Fransua Fiyonla danışıqlardan sonra bildirib.
Moskvada iki ölkənin Hökumətlərarası Komissiyasının 16-cı iclası keçirilir.
Burada əsas müzakirə mövzusu Suriyadakı vəziyyət olub. Fransa, Almaniya və Böyük Britaniya Bəşər Əsədin rejimini psiləyən yeni qətnamənin layihəsini hazırlayıblar və artıq BMT-ə təqdim ediblər. Əvvəlki qətnaməni Rusiya və Çin veto hüququndan istifadə edib.
V.Putin deyib ki, Rusiya XİN-i regionda genişlənən hadisənin vəziyyəti ilə tanış olur. Suriya xalqı taleyini özü həll etməlidir.
F.Fiyon bildirib ki, Suriyanın daxili işinə hərbi müdaxilə barədə söhbət heç vaxt olmayıb və olmayacaq. Biz BMT-yə Bəşər Əsəd rejimini pisləyən qətnamə təqdim etmişik və ümüdvarıq, bu qətnamə qəbul olunacaq və dəstəklənəcək.
Bu gün Rusiyanın və Fransanın baş nazirləri atom sahəsində memorandum imzalayıblar.