ABŞ ümid edir ki, Suriyada vətəndaş müharibəsi baş verməyəcək. Bu barədə ABŞ dövlət katibi Hillari Klinton bəyan edib.
«Suriya prezidenti Bəşər Əsəd vəzifəsindən getməlidir, bu vaxt məsələsidir. Ümid edirik ki, Suriyada vətəndaş müharibəsi və ciddi qanlı toqquşmalar olmayacaq. Ölkədə bütün lazımi dəyişikliklər ediləcəyinə ümid edirik», deyə Klinton bildirib. Dövlət katibi Ərəb Dövlətləri Liqasının Dəməşqə daha effektiv təzyiq göstərdiyini bəyan edib.