ABŞ-ın müdafiə naziri Leon Panetta İrana hücumun dünya iqtisadiyyatına zərər verə biləcəyini bildirib. (milliyet)
Panetta Kanadada iştirak edəcəyi təhlükəsizlik toplantısında jurnalistlərə verdiyi açıqlamada İrana qarşı hər hansı bir hərbi əməliyyatın meydana çıxaracağı iqtisadi problemlər təkcə ABŞ iqtisadiyyatını deyil, bütün dünya iqtisadiyyatına mənfi təsir edəcəyini bildirib.
Panetta ABŞ-ın İranın nüvə proqramıyla bağlı böhranın aradan qaldırılması üçün İrana diplomatik təzyiq və sanksiyaların tətbiq edilməsinin tərəfdarı olduğunu bildirib.