Qahirədə Cümə namazından sonra "Təhrir" meydanında 50 mindən çox nümayişçi toplanıb.arqumeni.ru
Nümayişçilər hakimiyyətdə olan hərbçilərdən hökumətin təhvil verilməsini tələb edirlər. Meydana insanlar gecə saatlarından yığılmağa başlayıblar. "Təhrir" meydanının ətraf küçələrində avtomobil hərəkəti dayandırılıb. Meydanın bir neçə yerində çıxış etmək üçün tribunalar qurulub. Xalq könüllülərindən ibarət dəstələr meydana nəzarəti öhdələrinə götürüblər. Bu gün 40 siyasi partiyanın iştirakı ilə aksiyaların keçiriləcəyi bildirilir.