Davutoğlu: "Suriyaya təzyiqlər artırılmalıdır"
SalamNews-un "Anadolu" agentliyinə istinadla verdiyi xəbərə görə, xarici işlər naziri Əhməd Davudoğlu bildirib ki, əsas hədəf Ərəb Birliyi ilə birlikdə zəruri addımlar atmaq və axan qanı dayandırmaqdır.
O deyib: "Hazırda ən əhəmiyyətli məsələ bu qanın bir an əvvəl dayanmasıdır, bunun da dərhal dayandırılması üçün Suriya üzərindəki təzyiqlər artırılmalıdır. Beynəlxalq müşahidəçilərin göndərilməsi və ordu hissələrini bütün Suriya şəhərlərindən çıxarmaqla monitorinq elan edilməsi yolu ilə nəzarət mexanizminin formalaşdırılması Ərəb Liqasının Suriyaya təklif etdiyi bir variant olaraq nəzərdən keçirilir. Biz Türkiyə olaraq, Ərəb Liqasının bu cəhdlərini dəstəkləyirik".