Həcc ziyarətindən qayıdan çox sayda türkiyəli hacının Suriya tərəfindən İordaniya sərhədində iki gündür gözlədilir.
SalamNews-un "Cihan"a istinadla verdiyi xəbərə görə, Səudiyyə Ərəbistandan İordaniyaya keçən 50-yə qədər türk avtobusu iki gündür Suriya sərhədində gözlədilir. İordaniya-Suriya arasındakı Nasip sərhəd məntəqəsində gözləyən avtobuslar bu problemin yaranmasında Suriya gömrük səlahiyyətlilərini günahlandırırlart. Avtobuslarda 1000-ə yaxın hacı var.