Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə noyabrın 20-də Rusiya Federasiyasının paytaxtı Moskva şəhərinə səfərə yola düşəcək. Bu barədə APA-ya QMİ-nin mətbuat xidmətindən bildirilib.
Səfərdə məqsəd Moskva və bütün rusların patriarxı Kirilin anadan olmasının 65-ci ildönümü ilə əlaqədar yubiley tədbirlərində iştirak etməkdir. Noyabrın 22-dək davam edəcək səfər zamanı MDB Dinlərarası Şurasının həmsədri Şeyxülislam Allahşükür Paşazadənin şuranın digər həmsədri - patriarx Kirillə əlahiddə görüşü nəzərdə tutulur.
QMİ sədrinin, həmçinin, yubiley tədbirlərində iştirak edən Ümumgürcüstan Patriarx-Katolikosu II İlya ilə görüşü də planlaşdırılır.
APA-nın əldə etdiyi məlumata görə, A. Paşazadə patriarx Kirillə görüşdə özünün MDB Dinlərarası Şurası Rəyasət Heyətinin bu il noyabrın 29-30-da İrəvanda keçiriləcək iclasına qatılması məsələsini də müzakirə edəcək.