Dünyada məhşur jurnal olan TIME Türkiyənin Baş naziri Rəcəb Tayyip Ərdoğanın şəkilini üz qabığına yerləşdirib.
SalamNews-un "İhlas"a istinadla verdiyi xəbərə görə jurnal bu həftə Baş nazir Rəcəb Tayyib Ərdoğanın müvəffəqiyyət hekayəsinə yer verib və Yaxın Şərq ölkələrində "ən xarizmatik lider" olaraq tanındığını vurğulayıb.
Bobby Ghoshun imzası ilə "Ərdoğanın yolu" başlıqlı yazıda "Türkiyənin İslami mənşəli lideri - demokratik, dünyəvi və Qərb tərəfdarı - ölkəsini bölgənin liderinə çevirməyə nail olub".