Müqəddəs Həcc ziyarətini başa vurmuş azərbaycanlı hacılar vətənə dönürlər.
SalamNews-un xəbərinə görə, bu gecə Heydər Əliyev adına aeroprota növbəti təyyarə enib. Aeroporta azərbaycanlı hacıları yaxınları və qohumları qarşılayıblar. Sonuncu təyyarə Bakıya noyabrın 19-da Heydər Əliyev adına hava limanına enəcək.
Bildirək ki, bütün həcc əməllərini başa çatdırmış zəvvarlarımızın, Müqəddəs məkanda olduqları zamanı səhhətlərində problem yaşanmayıb. Onlara yüksək səviyyədə xidmət göstərilib. Avtobusla qayıdan zəvvarlar, Vətənə qayıdarkən İraqın Kərbəla şəhərində müqəddəs yerləri də, ziyarət edib.
Xatırladaq ki, builki həcc ziyarətinə gedən avtobuslar İran-İraq-Səudiyyə Ərəbistanı marşrutu üzrə hərəkət edib. Azərbaycandan Həcc ziyarətinə ölkəmiz üçün nəzərdə tutulan kvotaya uyğun olaraq, 2000 zəvvar avtobus və təyyarələrlə olub.