Hündürlüyü 2 metr, çəkisi 500 kq olan və İtaliyanın "Deaprinting Officine Grafiche" şirkətinin ustaları tərəfindən hazırlanmış Quran bu gün Kazana gətirilib.

SalamNews-un ''Komsomolskaya pravda''ya istinadən verdiyi xəbərə görə, Tatarıstan prezidentinə təqdim olunacaq nəhəng müqəddəs kitabın bütün 632 səhifəsi şotland kağızından hazırlanıb. 120 kq-lıq üzlük isə qiymətli daş-qaşla bəzədilib.
Quranın Kazanın Kül-Şərif məscidində saxlanılacağı bildirilir. May ayında isə İslam muzeyinin tikildiyi Bolqarıya köçürüləcək.