Noyabrın 23-26-da Bakıda Azərbaycan-İraq Hökumətlərarası birgə komissiyasının iclası keçiriləcək. Bu barədə SalamNews-a İraqın Azərbaycandakı səfiri Heydər Şiə Əl-Bərrak məlumat verib.
Onun sözlərinə görə, Azərbaycana səfər edəcək İraq parlamentinin nümayəndə heyyəti Bakıda keçiriləcək telekommunikasiya və informasiya texnologiyalarına həsr olunmuş konfrasa da qatılacaqlar.
Bunadan əlavə, İraq rəsmiləri bir sıra ikitərəfli görüşlər keçirəcək, dövlətlər arasında qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələr aparacaqlar.
Xatırladaq ki, noyabrın 23-26-da “Bakı Ekspo” sərgi mərkəzində Xəzəryanı və Qafqaz regionlarının ən iri telekommunikasiya sərgisi olan “BakuTel” keçiriləcək