Müsəlmanlar üçün qlobal sosial şəbəkə olan SalamWorld saytının fəaliyyətə başlaması 2012-ci ilin yazına planlaşdırılıb. Bu barədə Moskvada keçirilmiş Müsəmanların VII forumunun nəticələrinə əsasən məlumat verilib.
SalamNews-un Moskva müxbirinin verdiyi xəbərə görə, Müsəmanların VII forumu çərçivəsində SalamWorld sosial şəbəkəsi ilə Rusiyanın müftilər Şurası arasında memorandum imzalanıb.
Memorandumu SalamWorld saytının baş redaktoru, Quranın məşhur tərcüməçisi və fəlsəfə elmləri doktoru Elmir Quliyev və Rusiya müftilər Şurasının sədri müfti şeyx Ravil Qaynutdin imzalayıblar.
Elmir Quliyevin sözlərinə görə, SalamWorld gələcək nəslin susial şəbəkəsidir. Ən müasir texnologiyalardan istifadə etməklə müsəman alimlər və ictimai xadimlər SalamWorld vasitəsilə İslam gözəlliklərini dünyaya nümayiş etdirəcəklər.
Ravil Qaynutdin “halal” internet-məkanın yaradılmasının vacibliyni vurğulayaraq, bu şəbəkənin məşhur müsəlmanlarla digər islam xadimləri arasında körpü olacağını vurğulayıb.
Bildirək ki, beynəlxalq layihə olan SalamWorld Türkiyə, Qazaxıstan, Almaniya, Misir, Malaziya, Rusiya və digər dövlətlərdə yaşayan müsəlmanların birgə təşəbbüsüdür.