Bakı Şəhər İcra Hakimiyyəti İslam Partiyasının noyabrın 20-də keçirmək istədiyi mitinqə icazə verməyib. AİP sədrinin müavini Hacı Akif Heydərlinin APA-ya verdiyi məlumata görə, paytaxt rəhbərliyi tərəfindən partiyaya ünvanlanan cavab məktubunda mitinqin keçirilməsinin məqsədəuyğun olmadığı bildirilib.
A. Heydərli deyib ki, partiya qanunda nəzərdə tutulan yerlər - “Ulduz” metrostansiyası və “Təbriz” kinoteatrı qarşısında mitinqi keçirmək niyyətini açıqlasa da, BŞİH bunu da nəzərə almayıb: “Paytaxt meriyası alternativ yer də göstərməyib”.
Qeyd edək ki, noyabrın 20-də mitinqin keçirilməsi ilə bağlı qərar AİP Baş Məclisinin noyabrın 2-də keçirilən iclasında verilib