Həcc ziyarətinə gedən azərbaycanlı zəvvarların son qrupu dekabrın 30-da vətənə qayıdacaq. Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Salman məlumat verib.
Bununla da azərbaycanlı zəvvarların Həcc ziyarəti başa çatır. Vətənə qayıdan zəvvarların birinci qrupu bu gün Suriyaya çatacaq. Orada bir gün qaldıqdan sonra onlar İordaniya, Türkiyə və İrandan keçməklə Azərbaycan ərazisinə daxil olacaqlar.