Suriya paytaxtında nümayişçilər Mərakeş, Qətər və Birləşmiş Ərəb Əmirliklərinin səfirliklərinə hücum ediblər. Bu barədə Səudiyyə Ərəbistanının «Əl-Ərəbiyyə» telekanalı məlumat yayıb.
Telekanalın məlumatına görə, hücum edənlər hökumətyönümlü qüvvələri təmsil ediblər. Səfirliklər darmadağın edilib.