Vaşinqtonda olan Səudiyyə şahzadəsii, İranın nüvə obyektlərinə hərbi müdaxilənin axmaqlıq olduğunu bildirib. (dunyabulteni)
Səudiyyə şahzadəsi Turki əl-Faysal İrana hərbi müdaxilənin faciəvi nəticələrə gətirib çıxaracağını bildirib. O qeyd edib ki, bu addım İranı atom bombası əldə etmə yönündə daha qərarlı hala gətirə bilər. Bu xalqın idarəçiliyə dəstəyini artıracaq və nüvə proqramı sadəcə olaraq müəyyən müddət təxirə salınacaq. İrana qarşı hərbi müdaxilə fəlakətə səbəb olacaq, İranın qarşılığı isə dünya miqyasında təsirə malik olacaq.
O eyni zamanda İrana qarşı sanksiyaların tətbiq edilməsinin tərfədar olduğunu bildirib.
/Deyerler.org/