Atom Elektrik Stansiyası (AES) tikmək istəyən Türkiyəyə İrandan təklif gəlib.
SalamNews-un "Anadolu" agentliyinə istinadla verdiyi xəbərə görə, yüksək vəzifəli iranlı səlahiyyətli Məhəmməd Cavad Laricani söyləyib ki, ölkəsi mübahisəli nüvə texnologiyasını qonşuları ilə bölüşmək istəyir və AES inşasında Türkiyəyə kömək edə bilər.
Laricani, Nyu-Yorkda jurnalistlərə deyib: "Nüvə texnologiyalarını qonşu ölkələrlə bölüşməyə hazırıq. Türkiyə illərdir Atom Elektrik Stansiyası inşa etməyə çalışır, ancaq Qərbdə heç bir ölkə onlara kömək etmək istəmir".
Xatırladaq ki, İran İnsan Hüquqları Ali Şurası və Riyaziyyat və Fizika İnstitutunun rəhbəri olan Məhəmməd Cavad Laricani ölkənin parlament sədri Ali Laricaninin qardaşıdır.