Suriya müxalifəti Dəməşqin yaxınlığında yerləşən ölkənin Hərbi Hava Qüvvələrin binasına hücum edib. Bu barədə "Reuters" agentliyi fəalçılarına istinadən xəbər verir. Üsyançılar bir neçə raket buraxıb və qumbaraatan və pulyemyotdan binaya atəş açıblar. Hökumət ordusu buna cavab verib.
SalamNews RBK-ə istinadən xəbər verir ki, son zamanlar Suriyada münaqişənin artması müşahidə olunur.
Xatırladaq ki, BMT-nin məlumatına görə, Suriyada baş verən iğtişaşlar nəticəsində 3500 nəfər həlak olub. Ölkədə iğtişaşlar mart ayından davam edir. Təşvişin iştirakçıları ölkə prezidenti Bəşər Əsədin istefasını tələb edirlər.
Bu yaxınlarda Suriya müxalifəti B.Əsədin rejimini dəstəkləyən Rusiya hakimiyyətin hərəkətini pisləyib və rəsmi Moskvanı bu siyasətdən əl çəkməyə çağırıb.