Milli Məclis İnzibati Xətalar Məcəlləsində dini etiqad azadlığı haqqında qanunvericiliyin pozulması maddəsinə dəyişiklik edib.
SalamNews-un xəbərinə görə, bu məsələ Milli Məclisin iclasında müzakirə edilərək qəbul olunub.
Məcəlləyə dəyişikliklər barəsində məlumat verən Hüquq siyasərti və dövlət quruculuğu Komitəsinin sədri Əli Hüseynli bildirib ki, məcəllənin 300.0 maddəsində nəzərdə tutulan dini etiqad azadlığı haqqında qanunvericiliyini pozanlar cərimə olunmaqla yanaşı, cinayət məsuliyyətinə cəlb ediləcəklər. Belə ki, nəzərdə tutulan dəyişikliklər aşağıdakılardır:
- 300.0.1 - müvafiq icra hakimiyyəti orqanı ilə razəlaşdırılmadan vətəndaşların dini təhsil müəssisələrində təhsil almaq üçün xaricə göndərilməsinə, din xadimlərinin mübadiləsinə görə;
- 300.0.2 – İslam dininə aid ayin və mərasimlərin Azərbaycandan kənar təhsil almış vətəndaşlar tərəfindən həyata keçirilməsinə görə;
-300.0.3 - qanunla müəyyən olunmuş qaydada satışına razılıq verilmiş dini təyinatlı ədəbiyyatın, əşyaların və dini mızmunlu başqa məlumat materiallarının müvafiq icra hakimiyəti orqanının razılığı ilə yaradılan ixtisaslaşdırılmış satış məntəqələrindən kənarda satılmasına görə;
-300.0.4- əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən dini təbliğat aparılmasına görə- inzibati xətanın bilavasitə obyekti olmuş ədəbiyyat nümunələri, əşyalar və materiallar müsadirə edilməklə vətəndaşlar 2000 manatdan 2500 manatadək miqdarda, vəzifəli şəxslər 8000 manatdan 9000 manatadək, hüquqi şəxslər üçün 20.000 manatdan 25.000 manatadək miqdarda cərimə edilirlər. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər 2000 manatdan 2500 manatadək cərimə ilə yanaşı, Azərbaycan hüdudlarından kənara inzibati qaydada çıxarılır.
Bu Məcəllənin 300.0.4 maddəsinə əsasən, nəzərdə tutulmuş əməl qanunsuz olaraq dini təyinatlı ədəbiyyati, əşyaları və dini məzmunlu başqa məlumat materiallarını yaymaqla tərədildikdə Cinayət Məcəlləsinin müvafiq maddəsinə uyğun, cinayət məsuliyyətinə səbəb olur.