İsrailin Hərbi Hava Qüvvələri çərşənbə gününə keçən gecə Qəzza sektorunun şimal-qərb və şərq hissəsinə ən azı üç atəş açıblar. Nəticədə 3 fələstinli xəsarət alıb.
SalamNews RİA “Novosti”ə istinadən xəbər verir ki, İsrail hücumun məqsədi Qəzza sektorun şimal-qərb hissəsində yerləşən HƏMAS hökumətin yerli dəniz polis bazası, həmçinin şəhərin şimalındakı Tuam rayonunda olan qrup olub.
Xatırladaq ki, noyabrın 14-ə keçən gecə İsrailin Hərbi Hava Qüvvələri təfərindən Qəzza sektoruna hücumu nəticəsində bir fələstinli qətlə yetirilib, dörd nəfər isə xəsarət alıb. Həmin hücumda Fransanın Qəzzada olan konsulu Madci Şakur, həyat yoldaşı və 13 yaşlı qızı da xəsarət alıb.