İranın Şimali Koreyakı səfirliyi rəsmi Pxenyanla nüvə sahəsində əməkdaşlıq etmələri ilə bağlı ittihamları qətiyyətlə təkzib edib.
SalamNews-un ''FarsNews''a istinadən verdiyi xəbərə görə, dünən Cənubi Koreya mətbuatı anonim diplomatik mənbəyə istinadən yaydığı məlumatda İranın 10-dan çox obyektində yüzlərlə iranlı və şimali koreyalı nüvə mütəxəssislərinin birgə fəaliyyət göstərdiyini yazıb.