Qafqazın şeyxi ikinci İlyanın yenidən dini lider seçilməsi ilə bağlı keçirilən mərasimdə iştirak edib
Gürcüstanda katalikos-partiarxı ikinci İlyanın yenidən dini lider seçilməsi ilə bağlı bu gün təntənəli mərasim keçirilib. Bu münasibətlə tiflisə iran və küveytin dini liderləri gəlib. Qeyd edək ki, tədbirə Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadə də qatılıb.
Ziyafətdə çıxış edən Hacı Allahşükür Paşazadə katalikos-patriarxı ikinci İlyanı bütün Qafqaz müsəlmanları adından təbrik edib. Sabah isə qonaqları Gürcüstan prezidentinin səlahiyyətlərini icra edən Nino Burcanadze qəbul edicək. Onların həmçinin prezidentliyə namizəd Mixail Saakaşvili ilə görüşü də nəzərdə tutulub.