"Misridə baş verən son hadisələr ona işarə edir ki, “qısa müddət ərzində, İsrail ərəb qonşuları ilə müxtəlif qarşıdurmalarla qarşılaşacaq”.
SalamNews İTAR TASS-a istinadən xəbər verir ki, bunu İsrailin Knessetin (parlament) deputatı, Misrin keçmiş prezidenti Hüsnü Mübarəkin dostu, tanınmış siyasətçi Binyamin Ben-Eliezər bəyan edib.
Onun sözlərinə görə, İsrail Misrilə münaqişəyə hazırlığa başlamalıdır. Çünki heç kəs bilmir, seçkilərdən sonra yeni Misir dövləti necə olacaq.