Qazaxıstan prezidenti Nursultan Nazarbayev parlamentin alt palatası – Majilisin buraxılması barədə fərman imzalayıb.
APA-nın verdiyi xəbərə görə, erkən seçkilər 2012-ci ilin yanvarın 15-nə təyin olunub.
Qazaxıstan parlamentinin alt palatasının 107 deputat mandatı var. Deputatlar 5 il müddətinə seçilir.